İslam İnkişaf Bankının Direktorlar Şurasının Daşkənddə keçirilən 46-cı iclası başa çatıb

0

Daşkənddə İslam İnkişaf Bankının (İİB) Direktorlar Şurasının 46-cı illik iclası başa çatıb.

İctimairey.az AZƏRTAC-a istinadən xəbər verir ki, dörd gün davam edən iclasda İİB-nin üzvü olan ölkələrin nazirləri, dövlət strukturlarının nümayəndələri, ekspertlər, bir sıra beynəlxalq təşkilatın təmsilçiləri iştirak ediblər. Ümumiyyətlə iclas çərçivəsində keçirilən tədbirlərə onlayn formatda 4500-dən çox iştirakçı qatılıb.
Azərbaycanı bu nüfuzlu tədbirdə iqtisadiyyat nazirinin müavini Elnur Əliyev və digər dövlət qurumlarının əməkdaşları təmsil edib.

İclasın açılışında Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və İİB-nin prezidenti Məhəmməd Bin Süleyman Al-Casser çıxış ediblər.
Tədbirdə COVID-19 pandemiyasından sonra İİB-nin üzvü olan ölkələrdə sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması, bu ölkələrin iqtisadiyyatının və sabit inkişafının dəstəklənməsi, o cümlədən səhiyyə, elm, təhsil, texnologiyalar və innovasiyaların inkişaf etdirilməsi və digər məsələlər müzakirə olunub.

İclasda bildirilib ki, 2003-cü ildən İİB Özbəkistan iqtisadiyyatında həyata keçirilən 30 layihəyə 2,5 milyard dollar həcmində sərmayə qoyub.

Vurğulanıb ki, Özbəkistanda islam dəyərlərinin qorunması istiqamətində böyük işlər görülür. Son illərdə ölkədə İmam Buxari adına Beynəlxalq Hədis Elmi Məktəbi, İslam Sivilizasiyası Mərkəzi və Beynəlxalq İslam Akademiyası yaradılıb.
Daşkənd şəhərində keçirilən İslam İnkişaf Bankı (İİB) Qrupunun 46-cı illik toplantısı çərçivəsində Azərbaycan iqtisadiyyat nazirinin müavini Elnur Əliyev ilə İİB Qrupuna daxil olan İnvestisiya və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyasının (İCİEC) rəhbəri Oussama Kaissi arasında görüş keçirilib.

Elnur Əliyev Azərbaycanın Korporasiyaya üzvlüyü istiqamətində işlərin həyata keçirildiyini, ölkəmizin işğaldan azad edilmiş ərazilərində bərpa və yenidənqurma işlərinin görüldüyünü, bu ərazilərdə müasir informasiya-kommunikasiya texnologiyalarının və innovativ yanaşmaların tətbiqi üzərində qurulan “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının reallaşdırılması və “yaşıl enerji zonası”nın yaradılması üzrə əməkdaşlıq imkanları çərçivəsində İCİEC-nin müxtəlif imkanlarından istifadə olunmaqla korporasiyanın bu istiqamətdə aktiv iştirak edə biləcəyini bildirib.

E.Əliyev görüşdə korporasiya ilə geniş əməkdaşlıq imkanlarının olduğu məsələsinə nəzər salaraq qurumun rəhbəri Kaissini ölkəmizə rəsmi səfərə dəvət edib.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »