Almaniya Kansleri Olaf Şolts ABŞ-nin seçilmiş prezidenti Donald Trampın NATO üzv ölkələrinin müdafiə xərclərini ÜDM-in 5 %-nə qədər artırmaq tələbinə qarşı çıxıb.
“Report” “Focus-online” nəşrinə istinadən xəbər verir ki, hökumət başçısı Almaniyanın ÜDM-nin 5 %-i ildə 200 milyard avro xərc olduğunu qeyd edib.
Eyni zamanda, Şolts vurğulayıb ki, hazırda AFR-in büdcəsi təxminən 490 milyard avro təşkil edir.
“Bu, böyük məbləğdir və əslində, bu o deməkdir ki, ya 150 milyard avro qənaət etmək, ya da 150 milyard avro borc götürmək və ya bu iki variantı birləşdirmək lazım gələcək. Buna görə də hesab edirəm ki, NATO-da çoxdan razılaşdırılmış yola diqqət yetirmək daha yaxşıdır”, – kansler əlavə edib.
Comments are closed.