Türkiyənin “Baykar” şirkəti İtaliyanın əfsanəvi aviasiya şirkəti “Piaggio Aerospace”i satın alır.
Musavat.com xəbər verir ki, İtaliya Sənaye Nazirliyi 140 illik aviasiya nəhəngi “Piaggio Aerospace”in dünyanın ən böyük PUA istehsalçısı “Baykar”a satılmasına icazə verib.
Qeyd edək ki, “Baykar” dünyanın ən böyük pilotsuz uçuş aparatları (PUA) istehsalçısıdır.
“Piaggio Aerospace” əsasən mülki və hərbi sahələrdə özünü göstərən yüksək texnologiyalı reaktiv təyyarələri ilə tanınır.
Şirkətin ən məşhur məhsullarından biri olan “P.180 Avanti” öz aerodinamik dizaynı və yüksək sürət qabiliyyəti ilə aviatorlar arasında böyük rəğbət qazanıb. Bununla yanaşı, “Piaggio” həmçinin strateji müdafiə və aerokosmik layihələrdə də mühüm işlər görmüş, müxtəlif ölkələrin hərbi təyinatlı təyyarələri və sistemlərinin inkişafında iştirak etmişdir.
Comments are closed.