Cənubi Koreyanın baş nazirinə impiçment elan olundu

Koreya Respublikasının parlamenti ölkə prezidentinin səlahiyyətlərini icra edən, baş nazir Han Dok Suya qarşı impiçment elan edib.

Musavat.com xəbər verir ki, məlumatı Milli Assambleyanın spikeri Vu Von-sık açıqlayıb.

Məlumata görə, qərarın lehinə 192 deputat səs verib. Səsvermə başlamazdan əvvəl spiker impiçment üçün deputatların azı 151 səsinin lazım olduğunu açıqlayıb. Lakin hakim Vətəndaş Gücü partiyası israr edib ki, impiçment üçün ən azı 200 səs lazımdır (prezident üçün olduğu kimi).

Hakim Vətəndaş gücü Partiyasının deputatları səsverməni boykot ediblər. Onların parlamentdə 108 yeri var. Aparıcı müxalifət partiyası olan Toburo 170 deputatla təmsil olunur.

Parlamentin qərarından sonra Han Deok Sunun işinə Konstitusiya Məhkəməsi baxmalıdır. Baxış 180 günə qədər davam edir.

Konstitusiyaya görə, prezidentə impiçment elan etmək üçün deputatların 300 səsindən 200-ü, baş nazir də daxil olmaqla, digər yüksək rütbəli məmurlara qarşı impiçment elan etmək üçün sadə səs çoxluğu (151 səs) kifayətdir. İqtidar və müxalifət partiyalarının bu şərtlərdən hansının Han Duk Suya aid olması ilə bağlı fərqli fikirləri var idi.

Comments are closed.

Tərcümə »