FETÖ-yə qarşı keçirilən əməliyyatlarda 41 şübhəli tutulub.
Daxili İşlər Naziri Əli Yerlikaya X-də yazdığı paylaşımda “CLİPSE-31” əməliyyatlarının təfərrüatlarını açıqlayıb:
“9 vilayətdə FETÖ-yə qarşı keçirilən “CLIPSE-31″ əməliyyatlarında 41 şübhəli tutulub. FETÖ liderinin ölümündən sonra bu xain terror təşkilatına qarşı mübarizəmizdə rahatlığa yer yoxdur. Milli iradəmizə qarşı çevriliş etməyə cəhd edən bu xain quruluşu təmizləyənə qədər mübarizəmizi davam etdirəcəyik” .
“Respublika Baş Prokurorluğu və Təhlükəsizlik Baş İdarəsi TEM Şöbəsi və Kəşfiyyat Müdirliyinin koordinasiyasında İl Təhlükəsizlik Müdirliyi TEM və Kəşfiyyat Şöbə Müdirlikləri tərəfindən edilən işlər nəticəsində Ankara, İstanbul və Kayseri ilə yanaşı, Muş, Bursa, Aydın, İzmir, Ordu və Tekirdağda FETÖ-yə qarşı həyata keçirilən əməliyyatlarda şübhəlilər prokurorluqlarımız tərəfindən araşdırılır”./Milli.Az/
Comments are closed.