Dubay şokoladından sonra yeni trend: Dubay suyu – Qiyməti fantastikdir

Dubayda lüks restoranlarda tərkibində 24 karat qızıl olan şüşə su 85 dollara satışa çıxarılıb.

Qiyməti ilə gündəmdə olan suyun bu qiymətə satılmaqda xüsusi səbəbi var. Suyun yaşlanma əleyhinə olduğu və stressin qarşısını aldığı iddia edilir. Bədənin həzm etdiyi qızıl hissəciklərinin qanla qarışaraq qocalmanı gecikdirdiyi bildirilib.

Dubay şokoladından sonra trend olan bu su insanlar arasında böyük marağa səbəb olub. (Yenisabah.az)

Comments are closed.

Tərcümə »