Fransanın baş naziri təyin edilən Fransua Bayru, Prezident Emmanuel Makronun onu indiki vəzifəsinə təyin etməcəyi halda parlamentdəki dəstəkdən məhrum etməklə hədələyib.
Oxu.Az xəbər verir ki, bu barədə “Tribun Dimanche” məlumat yayıb.
Bayrunun sözlərinə görə, vəziyyət ümidsiz olmasaydı, heç vaxt ona bu vəzifə verilməzdi.
Baş nazir bildirib ki, Makron əvvəlcə bu vəzifəni 38 yaşlı müdafiə naziri Sebastyan Lekornüyə vermək niyyətində olub. Nəticədə Lekornünün təyin ediləcəyi təqdirdə Makron iqtidarının parlamentdə mərkəzçi blokun dəstəyini itirəcəyini vurğulayan Bayru prezidentə təzyiq etməli olub.
Comments are closed.