Tatarıstan Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, bazar günü səhər saat 9: 23-də Menzlelinskdə (Tatarıstan) “Grid Company” şirkətinin istehsal bazası yaxınlığında yüngül mühərrikli təyyarənin qəzaya uğraması barədə məlumat daxil olub.
Bu dəqiqələrdə hadisə yerində təcili xidmətlər – həkimlər və Menzelin yanğınsöndürmə qarnizonunun bölmələri işləyir.
İlkin məlumatlara görə, L-410 təyyarəsi Menzelinsky uçuş klubuna aiddir, içərisində 20 paraşütçü və iki ekipaj üzvü olub. Qeyri -rəsmi məlumatlara görə, 19 nəfər ölüb, 3 nəfər yaralıdır.
Fövqəladə Hallar Nazirliyi, təyyarənin ən azı yeddi sərnişinin sağ qaldığını bildirir. Xilasedicilər hələ də qalanlara yaxınlşa bilmir – təyyarə ikiyə bölünüb və burnu deşilib.
Güloğlan Məmmədov İctimairey.az