Mahirə Əsədova: Vətən və Millət sevdalı Türk xanımı

0

Azərbaycan tarixi boyu igid, cəsur xanımları ilə fəxr edib. Qədim zamanlardan bu günə qədər əsl türk-müsəlman xanımları öz millətini, xalqını qoruyub, sevib hər zaman diqqət mərkəzində saxlayıb. Sara xatun, Tuti-Bikə, Salatın Əsgərova, Arəstə Baxışova və s. nümunə göstərmək olar.
Hazırda öz fəaliyyəti ilə diqqəti cəlb edən, xeyirxahlığı ilə xalqın sevgisini qazanan, millətimizi ölkə hüdudlarından kənarda tanıdan qadın qəhrəmanlarımızdan biri də “Yeni Yurd” Sosial İnkişaf İctimai Birliyinin sədri Mahirə xanım Əsədovadır. Mahirə Əsədova müsahibələrinin birində demişdir: “Ölkə Başçımıza ən gözəl hədiyyə onun rəhbərlik etdiyi dövlətə layiqincə xidmət etməkdir”
Biz həqiqətəndə Mahirə xanımın fəaliyyətini izlədikdə, onun nə qədər vətənpərvər, xalqına, millətinə bağlı biri olduğunun şahidi oluruq.
İctimai fəal Azərbaycan qadını, “Yeni Yurd” Sosial İnkişaf ictimai birliyinin sədiri Mahirə Əsədovanın fəaliyyətinə nəzər salaq;
“Yeni Yurd” Sosial İnkişaf ictimai birliyi 2005-ci il avqustun 12-də qaçqın və məcburi köçkünlərin hüquqlarının müdafiəsini mövcud qanunvericilik çərçivəsində qorumaq məqsədi ilə yaradılıb.
Mahirə Əsədova 2014-cü yanvar ayının 25-də “Yeni yurd” Sosial İnkişaf ictimai birliyinə sədr seçilib. Bu vəzifəyə seçilənədək “Azərbaycan qadını” layihəsinin rəhbəri olub. Bu layihə çərivəsində Ulu Öndər H.Əliyevin həyata keçirdiyi qadın siyasətinə həsr edilən “Azərbaycan qadını” adlı kitab nəşr olunub və təqdim edilib.
2011-ci ildə “Azərbaycan qadını” layihəsinin uğur qazanması ilə əlaqədar “Həftə içi” qəzeti redaksiyasının təşkilatçılığı ilə keçirilən tədbirdə “Best of the Best” (Yaxşıların yaxşısı) mükafatına layiq görülüb.
2011-ci ilin mart ayında Azərbaycanın Milli Qəhrəmanı, şəhid soydaşımız Mübariz İbrahimovun xatirəsinə həsr edilən teatr tamaşasının səhnələşdirilməsi prosesini maliyyələşdirib.
2012-ci ilin yanvarında ideyası əsasında “Yeni Yurd” Sosial İnkişaf ictimai birliyinə məxsus “Biz, Şərqdənik!” adlı qısametrajlı film Mahirə Əsədovanın rəhbərliyi altında istehsal olunaraq, təqdimat mərasimi keçirilib.
Filmdə görkəmli şərqşünas alim, Professor Aida İmanquliyevanın fəaliyyəti və ömür yolu geniş işıqlandırılıb. Mahirə xanımın maliyyə dəstəyi ilə “Azərbaycan qadını” layihəsinə mahnı yazılıb və həmin mahnıya klip çəkilib.
2013-cü ildə Ulu Öndər Heydər Əliyevin vəfatının 10-cu ildönümü ilə əlaqədar Türkiyədə anma mərasimi təşkil edib. Anma mərasimində onunla yanaşı Türkiyə Cümhuriyyəti Başkent Barışıq Kardeşlik Platformasının Baş Katibi Dr. Mustafa Kurt, yazar Zülfü Canpolat, iş adamı Ramazan Toprak, aparıcı Zeynep Köşkər, eyni zamanda, Türkiyə Böyük Millət Məclisinin üzvləri iştirak ediblər.
2013-cü il mayın 5-də Ümummilli lider H.Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar Bakıdakı “Alov qüllələri” Kompleksinin “Fairmont Baku” zalında ədəbi-bədii gecə keçirib. Tədbirə qardaş ölkə olan Türkiyənin fəal ictimai xadimləri, habelə, sabiq Millət vəkilləri dəvət olunub.
Qonaqlar və tədbir iştirakçıları eyni zamanda Quba Soyqırım Memorial Kompleksini, Şamaxı rayonu ərazisindəki Tənha Türk əsgərinin məzarını ziyarət ediblər.
Bundan başqa, “Yeni Yurd” Sosial İnkişaf ictimai birliyinin maliyyə dəstəyilə Ulu Öndər H.Əliyevin mənalı ömür yolundan bəhs edən “Mən, azərbaycanlıyam” və “Zərifliyin keşiyində-Böyük dayaq” sənədli filmləriinin təqdimatları keçirilib.
Mahirə Əsədovanın maliyyə dəstəyi ilə Türkiyənin Marmara Universitetində Azərbaycan xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin mənalı ömür yolu haqqında kitab nəşr olunub. Hazırda həmin kitab bu ali təhsil ocağında dərslik kimi istifadə olunur.
M.Əsədovanın rəhbərliyi altında Azərbaycan və Türkiyə dövlətləri arasından dostluq əlaqələrindən bəhs edən “Torpaq, uğrunda ölən varsa, Vətəndir!” sənədli filminin təqdimatı Bakıda, habelə, Türkiyənin müxtəlif şəhərlərində və Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilib.
2017-ci ildə Mahirə xanımın təşkilatçılığı ilə tarixçi alim N.Tapdıqoğlunun torpaqlarımızın taleyindən bəhs edən “Faciələrimizin təqvim izləri” adlı 1024 səhifəlik ensiklopedik kitabın nəşri və təqdimatı təşkil edilib.
2017-ci ilin fevral ayının 23-də Türkiyənin Bolu şəhərində, Ankara–İstanbul yolunun üstündə “Xarı bülbül” abidəsi istifadəyə verillib. Açılış mərasimində Türkiyənin hakim dairəsinin məsul şəxsləri iştirak ediblər.
Yeni Yurd” Sosial İnkişaf ictimai birliyi dövlətin maliyyə dəstəyi olmadan mütəmadi olaraq, cəbhə bölgələrinə səfər edib, Silahlı Qüvvələrin şəxsi heyəti qarşısında maraqlı tədbirlər keçirirlər.
2014-cü ilin iyun ayının 15-də Milli Qurtuluş günü Ağdam rayonunun Əhmədağalı kəndində “Yeni Yurd” Sosial İnkişaf ictimai birliyinin maliyyə dəstəyilə Subartezian quyu və bulaq istifadəyə verilib. Həmin bulağa şəhid Şəmsəddin İsgəndərovun adı verilib.
Növbəti Bulaq və Subartezian quyu Əsədovanın maliyyə dəstəyi ilə Ağdam rayonunun Quzanlı qəsəbəsində qazılıb. Həmin bulağa Azərbaycanın Milli Qəhrəmanı, şəhid soydaşımız Şirin Mirzəyevin adı verilib. Ağdamda daha 2 bulaq və subartezian quyu qazılıb və istifadəyə verilib. Ağdam rayonunda öz şəxsi vəsaiti ilə inşa etdirdiyi şəhidlərin adını daşıyan subartizanlar rayon rəhbərliyi və ictimayyəti tərəfindən yüksək qiymətləndirilərək rayonun fəxri vətəndaşı adına layiq görülüb.
Mahirə xanım Əsədovanın rəhbərliyi altında keçirilən bütün tədbirlər Azərbaycan dövlətçiliyinin daha da möhkəmləndirilməsi, cənab Prezident İlham Əliyevin apardığı daxili siyasətə dəstək məqsədilə görülüb.
Bu gün, cəsur, igid, qəhrəman xanım deyəndə ağlımıza ilk gələn Mahirə xanım Əsədovanın doğum günüdür. Mahirə xanımı ad günü münasibətilə təbrik edir, ona uzunömür, cansağlığı arzulayırıq.

Güloğlan Məmmədov İctimairey.az 

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »