Arutyunyan könüllü dəstələrə Artsax ətrafında bütün ermənilərin birləşməsinə yenidən ehtiyac var, – deyə çağırış edib.
Qondarma prezident Araik Arutyunyan könüllülərə Vətənin müdafiəsində fəal iştirak etdiklərinə görə bir daha minnətdarlığını bildirib və onlarla Qarabağın bərpası məsələlərini müzakirə edib.
İrəvanda “işgüzar səfərdə” olan Dağlıq Qarabağın “rəhbəri” Arayik Arutyunyan 44 günlük müharibədə fəal iştirak edən, bir neçə könüllü dəstənin döyüşçüləri ilə görüşüb.
İctimairey.az xəbər verir ki, bu barədə Dağlıq Qarabağ “prezidentinin” mətbuat xidməti məlumat yayıb.
“Görüşdə könüllüləri salamlayan Arutyunyan, müharibədən bir il sonra, döyüşçülərə minnətdarlığını bildirib və onları Vətənin möhkəmləndirilməsində iştiraka etməyə dəvət edib.
“İndi bir şeyi sübut edəcək heç kimimiz yoxdur, çünki, vətən təhlükə altında olanda, tələsik döyüşlərə atılmaqdan çəkinmədiniz. Bu gün sizin birləşməyinizə və 120 minə yaxın soydaşınızın köməyinizi gözlədiyi Artsax ətrafında bütün ermənilərin birləşməsinə yenidən ehtiyac var ” – deyə Arutyunyan çağırış edib.
Görüşdə Qarabağın müharibədən sonrakı bərpası prosesləri, xarici və daxili çağırışlar, onları zərərsizləşdirmək səyləri müzakirə olunduğu qeyd olunur.
Güloğlan Məmmədov İctimairey.az