Livan qaranlığa qərq olub

0

Livan elektriksiz qalıb. İki ən böyük elektrik stansiyası yanacaq çatışmazlığı səbəbindən bağlanıb. Nəticədə şənbə günü gecədən ölkə tam qaranlıqda qalıb.
İctimairey.az xəbər verir ki, bu barədə anonim dövlət məmuruna istinadən “Reuters” agentliyi məlumat yayıb. Onun sözlərinə görə, elektrik kəsilməsi bir neçə gün davam edəcək.
Ən kritik vəziyyət ölkənin tibb müəssisələrindədir. Güclü elektrik çatışmazlığı şəraitində, Livandakı xəstəxanaların əksəriyyətində generatorlarda cəmi bir neçə günlük dizel yanacağı var.
Xəstəxanalar ümidsizcə qara bazarda dizel axtarır, lakin təchizatçılar yerli valyutanı qəbul etməkdən imtina edir və dollar tələb edirlər.
Xəbərdə deyilir ki, yanacaq çatışmamazlığından livanlılara cümə axşamından başlayaraq, gündə 2 saat elektrik verilir.
Güloğlan Məmmədov  İctimairey.az

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »