İranın keçmiş prezidentinə yaxın mənbəyə istinadən verilən xəbərə görə, 1979 -cu il İslam inqilabından sonra, İranın ilk prezidenti olan Abolhassan Banisadr Parisdə vəfat edib.
İctimairey.az xəbər verir ki, bu barədə İRNA məlumat yayıb. Banisadr 1933 -cü ildə Ayətullah Sayed Nasrollah Banisadr ailəsində anadan olub və Tehran Universitetinin hüquq fakültəsini bitirib. 1960-cı illərdə hökumət əleyhinə nümayişlərə görə, iki dəfə həbsdə olub və Fransaya qaçıb. 17 il Sorbonnada təhsil alıb və sonra müəllimlik edib.
1979-cu ilin fevralında İrana qayıdıb və 1980-ci ildə demokratik yolla seçilmiş ilk prezident olub.
Lakin, 1981-ci ildə bir palatalı məclis, onu İslam ruhanilərinə qarşı yönəlmiş fəaliyyətinə görə”, vəzifəsindən uzaqlaşdırıb. Bundan sonra, Banisadr ölkədən Fransaya qaçaraq, bütün həyatı boyunca orada yaşayıb və bir neçə kitab yazıb.
Esmira ŞÜKÜROVA İctimairey.az