Juvelina Bernst: Mixail Saakaşvilinin səhhətinin vəziyyəti yaxın günlərdə pisləşə bilər.

0

Həbsdə olan Gürcüstanın eks-prezidentinin səhhətinin pisləşəcəyini, onun şəxsi həkimi Nikolo Kipshidze təsdiqləyib. Onun dediyinə görə, indi Saakaşvilinin anemiyası var, Batumidəki bir evin uçması səbəbindən çox əsəbiləşib. Saakaşvili aclıq aksiyasını davam etdirir və onu dayandırmaq niyyətində deyil.
İctimairey.az xəbər verir ki, Saakaşvilini müayinə edən həkim, siyasətçinin gələn həftədən dərmana ehtiyacı olacağı qənaətinə gəlib. Həkimin proqnozlarına görə, iki -üç gün ərzində testlər daha da pisləşəcək və siyasətçi heç vaxt quru aclıq aksiyası keçirmədiyi üçün, təhlükə ilə üzləşəcək.
Həkim əlavə edib ki, hazırda xəstə güclüdür və özünü yaxşı hiss edir.
Bir gün əvvəl Saakaşvilinin vəkilləri aclıq aksiyasının səkkizinci günündə onun 12 kiloqram arıqladığını bildirmişdilər. Gürcüstan Penitensiar Xidmətinin rəisi bildirib ki, siyasətçi bal və təbii şirələr içməyə başlayıb.
Saakaşvili oktyabrın 1-də Gürcüstanda saxlanılıb, indi Rustavi şəhərindəki həbsxanadadır. Saakaşvili bankir Sandro Qirqvlianinin öldürülməsi və deputat Valeri Qelaşvilinin döyülməsi iddiaları ilə qiyabi olaraq məhkum edilib və 2007-ci ilin noyabrında müxalifətin mitinqinin dağıldılmasında,”İmedi” teleşirkətinin tarmar edilməsində, eyni zamanda, dövlət büdcəsindən vəsaitlərin mənimsənilməsində də günahlandırılır.
Qeyd edək ki, Radanın müxalifətçi “Həyat Naminə” partiyasından deputatı İlya Kiva, Saakaşvilinin həbsini Amerika xüsusi xidmət orqanlarının Rusiya Prezidenti Vladimir Putinə hədiyyə etdiyi fikrini ifadə edib.
Esmira ŞÜKÜROVA İctimairey.az

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »