Almaniyanın Volfsburq şəhərində məşhur “Volkswagen”in “dəfn mərasimi” avtomobil nəhənginin baş qərargahının yerləşdiyi ərazidə keçirilib.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Aksiya Almaniyada üç zavodun bağlanması və qalan işçilərin maaşlarının kəsilməsi ilə bağlı xəbərlər fonunda baş tutub.
“Röyter”in məlumatına görə, VW-nin icraçı direktoru Tomas Şefer Almaniyada gözlənilən kütləvi ixtisarlar və ən azı üç zavodun bağlanması ilə bağlı əvvəllər yayılan məlumatları təsdiqləyib.
Onun sözlərinə görə, şirkət xərclərin 4 milyard avro azaldılması üçün zəruri olan qeyri-populyar tədbirlərdən qaçmaq imkanı görmür.
“İstənilən həll həm həddindən artıq gücü, həm də xərcləri azaltmalıdır. Əks halda, bu, bizim üçün ciddi nəticələr doğura bilər”, – Şefer bildirib.
Top-menecerin sözlərinə görə, onlar əksər iş yerlərinin ixtisarını insanların işdən çıxarılması və ya vaxtından əvvəl təqaüdə göndərilməsi yolu ilə həyata keçirmək istəyirlər. Bundan əlavə, “Volkswagen”in strukturlarının işçilərinin maaşlarının 10% azaldılması təklif edilir.
Comments are closed.