Rusiya XİN: “ABŞ-ın məqsədi Ermənistana tam nəzarət etməkdir”

Rusiya Xarici Kəşfiyyat Xidməti (XİN) ABŞ-ın Ermənistanın daxili siyasətinə müdaxilə edərək, ölkədəki qərbyönlü partiyaları gücləndirməyə çalışdığını bildirib.

Musavat.com xəbər verir ki, Rusiya kəşfiyyatının bəyanatına görə, ABŞ 2026-cı ilin parlament seçkilərində Ermənistanın qərbyönlü siyasi qüvvələrinin uğur qazanması üçün “şəbəkələrini genişləndirmək” niyyətindədir.

Həmçinin, ABŞ-ın bu məqsədlə Ermənistandakı hakimiyyətə təzyiq göstərmək və dövlətin qərbyönlü kursa meyllənməsi ilə bağlı qarşıdurmalar yaratmaq istədiyi vurğulanıb.

Comments are closed.

Tərcümə »