Britaniyanın Moskvadakı səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıbUkrayna illik hərbi xərclərini 10 ayda bitirib
Ukrayna artıq 2024-cü ilin 10 ayı ərzində müdafiə ehtiyaclarına 38 milyard dollar xərcləyib ki, bu da daxili büdcə gəlirlərindən əldə edilməsi planlaşdırılanların hamısıdır.
Musavat.com xəbər verir ki, bunu Ali Radanın deputatı Yaroslav Jeleznyak deyib.
Deputat əlavə edib ki, bu məbləğ ölkənin silahlı münaqişədən əvvəlki bütün büdcəsi ilə müqayisə oluna bilər.
Ukraynanın 2024-cü il büdcəsində ilkin olaraq hərbi ehtiyaclar üçün təxminən 1,7 trilyon qrivna (sənədin qəbul edildiyi vaxtda 46,9 milyard dollar) nəzərdə tutulub. Lakin sonradan müdafiə xərcləri artırılıb.
Hökumət daxili mənbələrdən yalnız hərbi xərclərin maliyyələşdirilə biləcəyini etiraf edir və Qərb tərəfdaşlarının köməyi ilə büdcənin bütün digər maddələrini əhatə etməyi gözləyir.
Comments are closed.