Rusiya daxili işlər orqanlarında kadr çatışmazlığı bu il noyabrın 1-nə 173,8 min nəfər və ya işçilərin 18,8 faizini təşkil edib.
Musavat.com xəbər verir ki, bu məlumatı “İnterfaks”a agentliyin sorğusuna cavab olaraq Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk açıqlayıb.
Daxili İşlər Nazirliyi qeyd edib ki, son illərdə çatışmazlıqların artması tendensiyası qeydə alınıb. Belə ki, 2022-ci ilin noyabrında Rusiya daxili işlər naziri Vladimir Kolokoltsev 90 min, 2024-cü ilin mayında isə təxminən 152 min işçi çatışmazlığını açıqlamışdı:
“Kadr çatışmazlığına və artan iş yükünə baxmayaraq, Rusiya Daxili İşlər Nazirliyinin bölmələri cinayətkarlıqla mübarizə, asayişi təmin etmək, vətəndaşların hüquq və azadlıqlarını qorumaq üçün qarşıya qoyulmuş vəzifələri həll etməyə davam edir”.
Comments are closed.