Oğurladığı paltarla Tiktokda canlı yayıma çıxdı, həbs olundu – FOTO

300 mindən çox izləyicisi olan tiktoker oğurluğa görə saxlanılıb.

Milli.Az xəbər verir ki, ABŞ-nin Florida ştatında yaşayan, TikTok-da 300 mindən çox izləyicisi olan Marlena Velez adlı 22 yaşlı gənc “Target” mağazasından oğurluq etdiyinə görə saxlanılıb. O, mağazadan 30 oktyabrda 500 dollar dəyərində mal oğurlamaqda ittiham olunur.

Mağazanın təhlükəsizlik xidməti bildirib ki, şübhəli şəxs özünü ödəmə kassasında saxta barkoddan istifadə edərək əşyaların qiymətini aşağı göstərib və bu yolla 16 müxtəlif malı, o cümlədən məişət əşyaları və geyimləri oğurlayıb. Mağazanın təhlükəsizlik kameralarındakı görüntülər araşdırıldıqdan sonra polis ictimaiyyətdən şübhəlinin kimliyini müəyyənləşdirmək üçün sosial şəbəkələrdə foto paylaşıb. Velezin izləyicilərindən biri anonim zəng edərək bu barədə məlumat verib və onun Instagram hesabını, həmçinin TikTok səhifəsini təqdim edib.

Polislər TikTok-da həmin gün çəkilmiş bir videoda Velezin oğurluq zamanı geyindiyi eyni paltar və eynəyo taxdığını aşkar edib. Həmin video artıq silinsə də, orada Velez-in Target mağazasından alış-veriş etdiyini və daha sonra əşyaları avtomobilinə yerləşdirdiyini göstərən kadrlar olub.

Cape Coral Polis Departamentinin nümayəndəsi Riley Carter bildirib ki, “O, əslində özünü sosial mediada ifşa edib. Sosial şəbəkələr bizə gözlənilməz dəlil təqdim etdi və bu, onun tez bir zamanda müəyyən edilib saxlanılmasına kömək etdi.”

İki uşaq anası olan Velezin həbs edilməs barədə qərar verilib.

Onun 2019-cu ildə 17 yaşında olarkən avtomobil oğurluğuna görə həbs edildiyi məlum olub. Həmin vaxt o, dostunun avtomobilini oğurlayaraq qəza törədib.

Qeyd edək ki, Azərbaycanda da ötən gün tiktoker “Beniz” ləqəbli tiktoker Aybəniz Xəlilov saxlanılıb. O, dələduzluqda ittiham edilir.

Comments are closed.

Tərcümə »