50 milyon dollarlıq kokain aparan kolumbiyalılar ƏLƏ KEÇDİ

Salvadorun Hərbi Dəniz Qüvvələri ölkə sahillərində böyük miqdarda narkotik vasitə müsadirə edib.

Bu barədə Salvador Prezidenti Nayib Bukele “X” sosial şəbəkəsində paylaşım edib.

O bildirib ki, Estero de Jaltepeque körfəzindən 752 kilometr cənub-qərbdə saxlanılan gəmidə 50 milyon dollar dəyərində iki ton kokain aşkarlanıb. Gəmidə üç kolumbiyalı saxlanılıb.

Bukele bildirib ki, son səkkiz ay ərzində Salvador hüquq-mühafizə orqanları beynəlxalq sularda ümumilikdə 15 tondan çox kokain müsadirə edib. Bu narkotiklərin ümumi dəyəri təxminən 380 milyon dollar təşkil edir.\\BAKU.WS

Comments are closed.

Tərcümə »