İran İsraili yenə bombalayacaq – RƏSMİ BƏYAN EDİLDİ

İran, bir ay öncə İsrail tərəfindən həyata keçirilən bombardmanlara cavab hazırlığına başlayıb.

Musavat.com xəbər verir ki, bu barədə İranın ali lideri Ayətullah Xameneinin baş müşaviri Əli Laricani Tasnim xəbər agentliyinə açıqlama verib.

Laricani bildirib ki, İran hərbi rəhbərliyi İsrailə cavab vermək üçün müxtəlif strategiyalar üzərində çalışır. Onun sözlərinə görə, bu addımların məqsədi İsrailin hərəkətlərinə qarşı ciddi cavab verməkdir.

“Hərbi rəsmilərimiz İsrailə cavab üçün bir neçə strategiya hazırlayır. Cavabımız İsrailin regiondakı təxribatçı siyasətinə aydın mesaj olacaq,” – deyə Laricani vurğulayıb.

İran və İsrail arasında artan gərginlik regionda yeni bir böhranın baş qaldıracağı ilə bağlı narahatlıqları artırır. Ekspertlər bu vəziyyətin Yaxın Şərqdəki təhlükəsizlik mühitinə təsir edəcəyini proqnozlaşdırırlar.

Davam edən proseslər fonunda İrandan gələcək açıqlamalar diqqətlə izlənilir.

Comments are closed.

Tərcümə »