Спасибо” – Ərdoğan Putinə görüşə görə rusca təşəkkür edib

Спасибо" - Ərdoğan Putinə görüşə görə rusca təşəkkür edib

0

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə danışıqlardan sonra, “Спасибо” – deyərək rus dilində təşəkkür edib.

 

Türk lideri eyni zamanda meşə yanğınları ilə mübarizədə göstərdiyi köməyə görə, Rusiyaya minnətdarlığını bildirib. O qeyd edib ki, yalnız “yaxşı dost qaranlıq gündə görünür”. Ərdoğan, yanğınların söndürülməsində iştirak edən, Rusiya Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının ölümü ilə əlaqədar Putinə başsağlığı verib.
Xatırladaq ki, daha əvvəl də, Türkiyə prezidenti Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparmaq üçün, Soçiyə gəlmişdi. Görüş zamanı ölkələrin liderləri Suriyadakı vəziyyəti müzakirə ediblər. Ərdoğan Moskva ilə Ankaranın birgə addımlarının bölgədəki təhlükəsizlik baxımından böyük əhəmiyyət daşıdığını qeyd edib. Türkiyə lideri Suriyada sülhün Rusiya-Türkiyə münasibətlərinin inkişafından asılı olduğunu vurğulayıb.
İctimairey.az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »