Gürcüstanın Baş naziri: Xaricdən seçkilərə misli görünməmiş müdaxilə var

0

Gürcüstanın Baş naziri İrakli Kobaxidze 26 oktyabrda keçirilməsi planlaşdırılan parlament seçkiləri prosesinə xaricdən misli görünməmiş müdaxilə olduğunu bəyan edib.

“Report” Rusiya KİV-ə istinadən xəbər verir ki,İ.Kobaxidze bunu jurnalistlərə bildirib.

“Belə müdaxilələr əvvəllər də olub, lakin cari seçkilərə xaricdən müdaxilə xüsusilə intensivdir. Nə o zaman, nə də indi heç kim gürcü xalqının iradəsini öz istədiyi kimi formalaşdıra bilməz. Buna görə də bu müdaxilənin heç bir effekti olmayacaq”, – o bildirib.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »