Şahmat üzrə 100 min dollar olan mükafatı kim qazanacaq?
Şahmat üzrə 100 min dollar olan mükafatı kim qazanacaq?
Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour”un final mərhələsinin dördüncü turunun oyunları keçirilib.
İctimairey.az xəbər verir ki, yarışda Azərbaycanı qrossmeysterlərimiz Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov təmsil edirlər.
Dördüncü turda Ş.Məmmədyarov fransalı Maksim Vaşe-Laqrava, T.Rəcəbov polşalı Yan-Kşiştov Dudaya 2,5:1,5 hesabı ilə qalib gəliblər.
Qeyd edək ki, şahmatçılarımız bundan əvvəlki 3 turda məğlub olublar.
Xatırladaq ki, hər matçda rapid üzrə dörd partiya oynanılır. Qalib müəyyənləşməzsə, blits və Armageddon görüşlərinin oynanılması nəzərdə tutulur.
Turnirin mükafat fondu 100 min ABŞ dollarıdır.
İctimairey.az