General Milli: Əl -Qaidə hələ də Əfqanıstandadır və ABŞ-a zərbə endirmək istəyindədir.
ABŞ Qərargah Rəisləri Birliyinin sədri Mark Milli bildirib ki, Əl Qaidə hələ də Əfqanıstandadır və ABŞ -ı zərbə endirməklə hədəfləyir.
İctimairey.az xəbər verir ki, Milli Senatdakı dinləmələr zamanı bildirib ki, “İmkanlarını bərpa edə bilsələr, zərbə vurmağa can atacaqlar. Düşünürəm ki, Əl-Qaidə hələ də ABŞ-la müharibə etmək durumdadır”.
Daha əvvəl, Taliban hərəkatının nümayəndəsi Zabiullah Mücahid Əfqanıstan ərazisində Əl-Qaidə üzvlərinin olmadığını bəyan etmişdi. O qeyd etmişdir ki, Taliban ABŞ qarşısında öhdəlik götürüb və buna görə “Kiminsə Əfqanıstan ərazisindən istifadə edərək, kimsəni təhdid etməyə icazə verməyəcəklər”.
ABŞ kəşfiyyatı Əl-Qaidənin Əfqanıstanda gücünü bərpa etmək üçün, fəaliyyətləri yaxından izləyir.
“Əldə olan mövcud məlumatlara, ən dəqiq faktlara görə, Əl-Qaidənin ölkəmizə təhlükə yarada biləcək potensiala sahib olması üçün, ən azından bir-iki il zaman lazımdır” – Müdafiə Nazirliyinin kəşfiyyat direktoru general-leytenant Scott Berrier deyib.
Eyni zamanda, milli kəşfiyyat direktoru Avril Haynes ABŞ -a ən böyük təhlükənin Yəmən, Somali, Suriya və İraq kimi ölkələrdə qruplaşan və fəallaşan beynəlxalq terrorçulardan gəldiyini söyləyib.
İctimairey.az