Monqolustan Putini niyə həbs etmədi

0

Monqolustan hökuməti Rusiya prezidenti Vladimir Putinin Beynəlxalq Cinayət Məhkəməsinin orderi əsasında həbsindən imtina etməsini enerji asılılığı və neytrallıq siyasəti ilə izah edib.

Bu barədə Politico hökumət nümayəndəsinə istinadən yazır.

O bildirib ki, Monqolustan neft məhsullarının 95%-ni və elektrik enerjisinin 20%-dən çoxunu qonşu ölkələrdən idxal edir.

“Bu təchizatlar bizim və xalqımızın varlığını təmin etmək üçün çox vacibdir”,- hökumət nümayəndəsi deyib.

Nümayəndə əlavə edib ki, Ulan-Bator bütün diplomatik münasibətlərində həmişə neytrallıq siyasətini davam etdirib. Qeyd edək ki, Monqolustan Roma Əsasnaməsini imzalayıb və Putinin həbsinə order verən BCM-nin yurisdiksiyasını qəbul edir.\\musavat\\

Leave A Reply

Your email address will not be published.

Tərcümə »