ABŞ Ukrayna Silahlı Qüvvələrinə Rusiya ərazisinə çata bilən uzaqmənzilli JASSM qanadlı raketlərinin verilməsi ilə bağlı razılaşmaya yaxındır.
Bu barədə “Reuters” amerikalı rəsmilərə istinadən yazıb.
Bununla belə, Ukrayna hərbçiləri ABŞ-ın bütün texniki məsələləri həll etməsinə qədər bir neçə ay gözləməli olacaqlar.
Çox güman ki, JASSM raketləri hərbi yardım paketinə daxil ediləcək və Vaşinqton bunu 2024-cü ilin payızında açıqlayacaq.
Nəşr yazır ki, əgər bu silah Ukraynaya verilərsə, o zaman Rusiyanın əksər hissəsi güclü dəqiqliklə idarə olunan sursatların hədəfində olacaq.
(Musavat.com)