Özbəkistan prezidentinin böyük qızı Səidə Mirziyoyeva dövlət başçısının Qaraqalpaqıstanın inkişafı ilə bağlı tapşırıqlarının icrasına məsul təyin edilib.
Prezident Şavkat Mirziyoyev bu qərarını dünən, Qaraqalpaqıstanda səfərdə olarkən açıqlayıb.
Özbəkistan prezidentinin mətbuat xidmətinin məlumatına görə, regional inkişaf proqramı çərçivəsində Qaraqalpaqıstan sakinləri üçün lazımi şəraitin yaradılması üçün respublika büdcəsindən təxminən 8 milyon dollar ayrılıb.
Gələn il rayonda sosial inkişafa və infrastrukturun yenilənməsinə 79 milyon dollardan çox vəsaitin ayrılması nəzərdə tutulur. Nəzərdə tutulan tədbirlər sırasında 24 məktəb, 5 uşaq bağçası və 7 tibb müəssisəsinin tikintisi və əsaslı təmiri də var.
Bundan əlavə, sənaye zonalarının və iri istehsal müəssisələrinin infrastrukturunun yaxşılaşdırılmasına 28 milyon dollar ayrılacaq.
Bu tapşırıqların icrasına nəzarət Səidə Mirziyoyeva və Prezidentin Aral dənizi regionunun davamlı inkişafı üzrə müşaviri Tursinxan Xudayberqenova həvalə edilib.
Qeyd edık ki, Səidə Mirziyoyeva 2023-cü ilin avqustunda ölkə prezidentinin birinci köməkçisi təyin edilib və prezident administrasiyasında dövlət başçısından sonra ən yüksək vəzifəni tutur.\\musavat\\