Xəbər verdiyimiz kimi, Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndələr Serdar Kılıç və Ruben Rubinyan arasında Türkiyə-Ermənistan sərhədində danışıqların 5-ci raundu keçirilir.
Bu barədə Anka Haber məlumat yayıb.
Qeyd edək ki, sonuncu dəfə iki il əvvəl görüşən nümayəndələrin görüşü Ermənistan-Türkiyə sərhədində baş tutub.
Məlumata görə, danışıqların bir hissəsinin sərhədin Türkiyə, digər hissəsinin isə Ermənistan tərəfində aparılacaq.
Xatırladaq ki, Kılıç və Rubinyan sonuncu dəfə 2022-ci il iyulun 1-də Vyanada görüşüb və bu görüşdə yalnız üçüncü ölkə vətəndaşlarının keçə bilməsi üçün iki ölkənin sərhədlərinin açılmasına qərar verilib.
Türkiyə-Ermənistan sərhədi 1993-cü ildə Ermənistanın Azərbaycan ərazilərinin bir hissəsini işğal etdiyinə görə bağlanıb. İkinci Qarabağ müharibəsindən sonra 2022-ci ilin yanvarında Türkiyə ilə Ermənistan arasında normallaşma danışıqları başlayıb, 2022-ci ilin fevralında isə iki ölkə arasında birbaşa uçuşlar başlayıb.
Erməni mətbuatında yer alan xəbərə görə, üçüncü ölkə vətəndaşlarının üzünə açılacaq sərhədin Ermənistan tərəfində yenilənmə işləri yekunlaşıb.\\musavat\\