Neft qiymətlərinin ARDNF-nin aktivlərinə təsiri açıqlanıb

0

Xam neftin qiymətinin hər 10 ABŞ dolları dəyişməsi 1 yanvar 2025-ci il tarixinə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivlərinin təqribən 0,4 milyard ABŞ dolları artması və ya azalmasına səbəb olacaq.

“Report” xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin ilin sonuna olan gözləntiləri ilə bağlı arayışında deyilir.

ARDNF-in aktivləri 65 ABŞ dolları ssenarisində 57,1 milyard ABŞ dollara, 70 ABŞ dolları ssenarisində 57,4 milyard ABŞ dollara, 75 ABŞ dolları ssenarisində 57,6 milyard ABŞ dollara, 80 ABŞ dolları ssenarisində 57,8 milyard ABŞ dollara, 85 ABŞ dolları ssenarisində isə 58 milyard ABŞ dollara çatacağı gözlənilir.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »