Malayziya BRİKS-ə qoşulmaq üçün Rusiyaya müraciət edib.
Bu barədə ölkənin Baş naziri Ənvər İbrahim məlumat verib.
“Malayziya BRİKS-ə sədrlik edən Rusiyaya təşkilata üzv olmaq üçün ərizə göndərərək üzv ölkə və ya strateji tərəfdaş kimi iştirak etməyə hazır olduğunu bildirib”, – deyə Baş nazir Ənvər İbrahim qeyd edib.
Ənvər İbrahim Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşüb və deyib ki, söhbət əsasən Malayziyanın BRİKS-ə qoşulmaq cəhdindən gedir.
Onun sözlərinə görə, bu, hər iki ölkə üçün əhəmiyyətli potensiala malik olacaq.//APA