İspaniyanın baş naziri vulkan püskürməsi səbəbindən ABŞ səfərini təxirə salıb

0

İspaniyanın baş naziri Pedro Sançes Nyu -Yorka getməyəcək, Palma adasındakı vulkanın püskürdüyü Kanar adalarını səfər edəcək.
İctimairey.az xəbər verir ki, bu barədə “Mundo” qəzeti məlumat yayıb.
Nəşr qeyd edir ki, Sançes artıq vəziyyəti izləmək üçün, Kanar adalarındadır.
Bazar günü İspaniyanın Palma adasında yatmış vulkan aktivləşdi. Bunun ardınca güclü bir zəlzələ baş verib və nəticədə nəhəng tüstü sütunu göyə qalxıb. Axar maqma axını o qədər güclü olub ki, adada iki dərin yarğan meydana gətirib.

Hava yolları nəqliyyatına Kanar adalarına uçmamaq tövsiyə olunur.

İctimairey.az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »