Vardevanyan: Ermənistanın icra hakimiyyəti bizə qarşı bayraktar göndərənlərlə görüş tələb edir.

0

 

Türkiyə Prezidenti Tayyub Ərdoğanın bu gün mətbuat konfransında dediyi sözlər Ermənistanı ayağa qaldırıb: “Əgər bu mövzuda həqiqətən səmimidirsə, səmimiyyətimizi göstərəcəyəm və burada diplomatiyaya başlayacağam. Diplomatiya başlayanda isə, burada bir şeylərin alınıb, verilməsi lazımdır.”
Ermənistan hakimiyyəti ciddi qəzavü-qədər problemlərlə: ərazimizdən soydaşlarımızın qaçırılması, ölkənin təhlükəsizliyinin bərpası ilə məşğul olmaq əvəzinə, üstümüzə bayraktarlar göndərənlə görüşmək istəyir..
İctimairey.az xəbər verir ki, bu barədə “Hayastan” fraksiyasının üzvü Aram Vardevanyan Facebook səhifəsində yazıb.
“Türkiyə hökumətinə qarşı heç bir tənqidin olmaması mexanizminin məntiqi aydındır. Məntiqin təməli bir neçə gün əvvəl və yenə də gizli şəkildə Batumidə qoyulub və bu gün bütün sirrlər açıldı. Bu məxfilik də, 44 gün ərzində bizə qarşı vuruşan Ərdoğan tərəfindən açıldı. Gəlin qeyd edək ki, bu “xəbəri” erməni rəsmiləri deyil, türklər elan edir … Belə çıxır ki, yalnız Ermənistanın maraqlarını qorumağa borclu olan Ermənistan hökuməti sözün əsl mənasında, düşmənlərimizə görüşmək istəyindədir və hələ bir qarşılığında şərtlər də alır. Əminəm ki, bütün bunların xronologiyası təsadüfi deyil … ”, – Vardevanyan yazıb.

Esmira ŞÜKÜROVA İctimairey.az

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »