Fransanın Gürcüstana birbaşa maliyyə yardımı göstərməsi ilə bağlı məlumat yanlışdır.
“Report”un yerli bürosu xəbər verir ki, Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili Fransanın Gürcüstan büdcəsinə birbaşa yardımı dayandırmaq, vətəndaş cəmiyyəti və mediaya dəstəyi artırmaq qərarına belə cavab verib.
“Gürcüstan hökumətinin konkret olaraq başqa hökumətin maraqlarını güdmədiyi hiss ediləndən sonra maliyyə vəsaiti onların maraqlarını güdənlərə keçdi. Deməli, bu, daha bir sübutdur və bir daha göstərir ki, belə pulların arxasında maraqlar dayanır”, – deyə Ş.Papuaşvili bildirib.