Papikyan İran səfiri ilə nələrdən DANIŞDI…

0

Ermənistanın müdafiə naziri Suren Papikyan İranın İrəvandakı səfiri Mehdi Sobhanini qəbul edib.

Bu barədə Papikyanın feysbuk səhifəsində məlumat yayılıb.

Görüşdə İranın Ermənistandakı səfirliyinin yeni təyin olunmuş hərbi attaşesi, polkovnik Məhəmməd Nəcəfi də iştirak edib.

“Yeni təyin olunmuş hərbi attaşeni təbrik etdim və ona mühüm missiyasında uğurlar arzuladım. Keçmiş hərbi attaşe, polkovnik Bəhmən Sadiqiyə səmərəli əməkdaşlığa görə təşəkkür etdim. Görüş zamanı müdafiə sahəsində Ermənistan-İran əməkdaşlığı, eləcə də regional təhlükəsizliklə bağlı məsələlər müzakirə edilib”, – nazir qeyd edib.\\MUSAVAT\\

Leave A Reply

Your email address will not be published.

Tərcümə »