Azərbaycanın qonşuluğunda virus həyəcanı – Ölümə səbəb olur

0

İranda 63 nəfərin “Deng Humması”na (ağır qripə bənzər simptomlara səbəb olan virus xəstəliyi) yoluxduğu bildirilib.

Səhiyyə nazirinin müavini xəstəliyin Körfəz ölkələrindən gələnlərdə müşahidə olunduğunu bildirib.

İranın Səhiyyə nazirinin müavini Said Kerimi deyib ki, ağır sümük ağrıları və yüksək temperatur şikayəti ilə səhiyyə mərkəzlərinə müraciət edən 200 nəfərdən 63-də “Deng Humması” qızdırması aşkarlanıb.

Əksəriyyət xəstə insanların körfəz ölkələrindən gəldiyini deyən Kerimi, Birləşmiş Ərəb Əmirliklərinə səyahət edənlər bu məsələdə mütləq diqqətli olmalı olduqlarını bildirib. “Deng Humması” insanlara milçəklər vasitəsilə keçir.
Bu xəstəlik ölümə səbəb olur.

Alimlər xəbərdarlıq edirlər ki, yüksək temperatur və ya uzun müddət davam edən yağışlar malyariya və “Deng Humması” daşıyan ağcaqanadların sayının artmasına səbəb olur./BAKU.WS

Leave A Reply

Your email address will not be published.

Tərcümə »