Bir sıra ölkələr Ermənistandan başqalarının kosmik gəmilərinin fəaliyyətinə mane olan peyklərini Yerə qaytarmağı tələb ediblər.
Bu barədə “Joxovurd” qəzeti məlumat yayıb.
Qəzet yazır ki, “Hayasat-1” və “Armsat-1” peyklərinin orbitə çıxarılması qeyri-peşəkar həyata keçirilib. Nəticədə onlar kosmosda digər ölkələrin peyklərinin fəaliyyətinə mane olmağa başlayıb. Buna görə də xarici hökumətlər Ermənistanın baş naziri Nikol Paşinyana müraciət ediblər.
Qəzet qeyd edir ki, ölkənin yüksək texnologiyalar sənayesi nazirinin müavini Avet Poqosyan bu vəziyyətə görə tutduğu vəzifədən istefa verib.\\musavat\\