ABŞ-da 100 milyon insan qızmar istilərlə mübarizə aparır

0

ABŞ-da genişlənən “isti qübbəsi” səbəbindən 100 milyon insan həddindən artıq istilərlə mübarizə aparır.

ABŞ-da genişlənən “isti qübbəsi” səbəbindən 27 ştatda təxminən 100 milyon insanın həddindən artıq isti havanın təsiri altında olduğu bildirilir.

İctimai Rəy “TRT Haber”ə istinadən xəbər verir ki, Avstraliyanın ABC telekanalının məlumatına görə, yüksək təzyiq sisteminin uzun müddət eyni ərazidə asılması və altında isti havanın tutulması nəticəsində yaranan “istilik qübbəsi”nin genişlənməsi ekstremal temperaturlara səbəb olur.

Genişlənən istilik qübbəsi səbəbindən ABŞ-ın ən sıx məskunlaşdığı Nyu York və Los Anceles də daxil olmaqla 27 ştatdan təxminən 100 milyon insan həddindən artıq isti dalğalarına məruz qalır.

Nyu-Yorkda temperatur 35,5 dərəcəni keçə bilər ki, bu da 136 illik rekorddur. Ölkənin qərbində yerləşən Vaşinqton ştatında havanın temperaturu 2012-ci ildən bəri ilk dəfə iyun ayında 37,7 dərəcəyə çatıb.

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »