ABŞ-nin keçmiş prezidenti və Respublikaçılar Partiyasından Ağ Evin rəhbəri vəzifəsinə namizəd Donald Tramp seçiləcəyi təqdirdə kimin vitse-prezident olacağına qərar verib.
Bu barədə Tramp yerli telekanala verdiyi müsahibəsində danışıb.
Trampın vitse-prezidenti hazırkı ABŞ lideri, Demokratlar Partiyasının namizədi Co Baydenlə iyunun 27-də keçiriləcək debatda iştirak edəcək.
“Bəli, o, orada olacaq (debatda – red.). Düşünürəm ki, ora çoxlu insan gələcək”, – Tramp bildirib.
Tramp kimin namizədliyini seçdiyini heç kimə deməyib. Mənbələr onun Şimali Dakota qubernatoru Duq Berqam, Ohayo senatoru Ceyms Devid Vens və Florida senatoru Marko Rubio arasında seçim etdiyini bildirib.\\oxu.az\\