Ermənistanın Tavuş vilayətində Kirants (Güney) – Açarkut yolunda partlayış işləri aparılacaq.
“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Yol idarəsi məlumat yayıb.
Bildirilib ki, iyunun 24-də saat 14:00-da yol tikintisi işləri ilə əlaqədar Kirants-Açarkut yolunda partlayış işləri aparılacaq.
Məlumata görə, sərhədlərin delimitasiyası çərçivəsində kəndin girişindəki yol körpüsü Azərbaycana verildikdən sonra Açarkutdan keçən yol Kirants kəndinə gediş-gəliş üçün alternativ marşruta çevriləcək.