“Dağıstanda keçirilən antiterror əməliyyatı zamanı 6 yaraqlı məhv edilib”.
Bu barədə respublika başçısı Sergey Melikov bildirib.
O , Mahaçqala və Dərbənddə əməliyyat-döyüş fəaliyyətinin aktiv mərhələsinin başa çatdığına aydınlıq gətirib.
“RİA Novosti” mənbəsi bundan əvvəl altı yaraqlının – dördünün Mahaçqalada, ikisinin isə Dərbənddə məhv edildiyini bildirmişdi.
Öz növbəsində, Rusiya Milli Antiterror Komitəsi beş terrorçunun – Mahaçqalada üç, Dərbənddə iki terrorçunun zərərsizləşdirildiyini bəyan edib.//publika.az