Rusiyanın paytaxtı Moskvanın Tverskoy Məhkəməsi Qırmızı Meydandakı Lenin məqbərəsini benzin şüşəsi ilə yandırmağa cəhd edən Çitadan gələn Konstantin Starçukovu 4 il müddətinə azadlıqdan məhrum edib.
Bu barədə hökmün mətnində deyilir.
Qeyd edək ki, hadisə 2023-cü ilin iyulunda baş verib. Starçukov Qızıl Meydana bıçaq, qaz balonu və Molotov kokteyli ilə gəlib. O, şüşəyə yerləşdirilmiş fitilə od vuraraq onu Lenin məqbərəsinə tərəf atıb, bundan sonra polis əməkdaşları tərəfindən saxlanılıb. Cinayətkar öz hərəkətini bununla izah edib ki, o, bu yolla masonluğun Rusiya cəmiyyətinə təsiri ilə mübarizə aparır.
Həkimlərin rəyinə görə, o, uzun müddətdir ki, marixuanadan istifadə edir və narkomandır, lakin narkoloji dispanserdə qeydiyyatda deyil.//Oxu.az