Türkiyə XİN-dən Ermənistanın Fələstini dövlət kimi tanımasına reaksiya

0

Türkiyə Xarici İşlər Nazirliyi Ermənistanın Fələstini dövlət kimi tanıması qərarını müsbət qarşılayıb.

İctimai Rəy APA-ya istinadən bildirir ki, bu barədə Türkiyə XİN bəyanat yayıb.

“İspaniya, İrlandiya, Norveç və Sloveniyadan sonra Ermənistanın Fələstin dövlətini tanımaq qərarı bizi sevindirir.

Əvvəllər də həmişə vurğuladığımız kimi, Fələstinin tanınması beynəlxalq hüququn, ədalətin və vicdanın tələbidir. Türkiyə olaraq daha çox ölkənin Fələstini tanıması üçün səylərimizi davam etdirəcəyik”, – Türkiyə XİN-in bəyanatında bildirilib.

Xatırladaq ki, bu gün Ermənistan XİN Fələstinin dövlət kimi tanınması barədə bəyanat yayıb.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »