Bu, Ukrayna müharibəsini sona çatdıra bilər – Zelenski

0

Ukraynada bir fransız şirkəti ilə 155 kaliberlik top mərmisi istehsal etmək mövzusunda razılığa gəldik.

Bunu Ukrayna Prezidenti Vladimir Zelenski Paris səfəri çərçivəsində Fransa Prezidenti Emmanuel Makronla görüşünün detallarını açıqlayarkən deyib.

O, Makronla görüşü zamanı müharibə gedən ərazidə vəziyyəti müzakirə etdiklərini bildirərək, Ukrayna Sülh Planı zirvə görüşündən söz açıb:

“Hər şeydən əvvəl dünya liderləri Ukrayna Sülh Planı zirvəsinə qatılmalıdır. Rusiya Federasiyasından qorxmamaq, birinci növbədə zirvəmizi dəstəkləmək lazımdır. Bu, ilk, amma müharibəni sona çatdırmağa yönəlmiş bir addımdır. Moskvanın zirvə görüşünə mane olmasına, alternativ məkanlar yaratmasına imkan verməməliyik”.//axar.az//

Leave A Reply

Your email address will not be published.

Tərcümə »