Mariya Zaxarova: “Rusiya ehtiyatlarını ələ keçirməyə çalışanlara qarşı bir sıra siyasi və iqtisadi tədbirlərimiz var.”
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPİEF) çərçivəsində keçirilən brifinqdə deyib ki, Moskva Qərbdəki aktivlərinin müsadirə edilməsinə cavab verməyi gözləməyəcək.
İctimai Rəy “TASS”a istinadən xəbər verir ki, Mariya Zaxarovanın bildirdiyinə görə, “Onlar Rusiyanın virtual ehtiyatlarını ilkin icazə olmadan girov qoymağı planlaşdırırlar, bu ehtiyatlardan gələcək gəlirlər dərhal Qərbin cibinə atılacaq və Rusiyaya qarşı yönəlmiş bəzi digər hərbi təşəbbüslərə xərclənəcək. Təbii ki, bu cür addımlara layiqli cavab verəcəyik. Biz həmişə Rusiyanın ehtiyatlarını ələ keçirməyə çalışanlara qarşı bir sıra siyasi və iqtisadi tədbirlər görmüşük”. “Bunu davam etdirmək qərarına gəlməzdən əvvəl çox düşünmək lazımdır, çünki əks tədbirlər görüləcək”.