Exit-poll məlumatlarına görə, iyunun 3-də Hindistan parlamentinin aşağı palatasındakı yerlərin yarısından çoxunu baş nazir Narendra Modinin millətçi “Bharatiya Janata” partiyasının (BJP) rəhbərlik etdiyi Milli Demokratik Alyans (NDA) qazanıb.
İctimai Rəy Musavat.com-a istinadla xəbər verir ki, Modinin hakim alyansı 543 mandatdan 279-nu qazanıb.Əsas rəqib, Rahul Qandinin başçılıq etdiyi müxalif Milli İnkişaf Alyansı 205 yerə arxalana bilər. Bu koalisiyaya 28 partiya daxildir.
Modi ilk dəfə 2014-cü ildə hökumət başçısı seçilib, 2019-cu il seçkilərində isə onun partiyası parlamentdəki çoxluğunu 282-dən 303-ə çatdırıb.