Qazaxıstan Talibanı terrorçular siyahısından çıxarıb.
Bu barədə məlumatı ölkənin Prezidenti Kasım-Jomart Tokayev açıqlayıb.
KTMT-yə üzv dövlətlərin parlament rəhbərləri ilə görüşü zamanı açıqlamalar verən Tokatev Qazaxıstanın iqtisadi sahədə əməkdaşlığa başlamaq məqsədilə “Taliban”ı terrorçu təşkilatların siyahısından çıxardığını qeyd edib.
O vurğulayıb ki, müasir dünyada prioritet məsələlərdən biri Əfqanıstanın regional əlaqələr sisteminə aktiv şəkildə cəlb edilməsidir.\\musavat\\