Keçmiş qubernator Dövlət Şurasına katib təyin olundu

0

Rusiya prezidenti Vladimir Putin “Rusiya Federasiyası Dövlət Şurasının katibi haqqında” fərman imzalayıb.

İctimai Rəy Yenisabah.az-a istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Sənəddə qeyd edildiyi kimi, Rusiya prezidentinin köməkçisi Aleksey Dyumin Dövlət Şurasının katibi təyin edilib.

Dyumin may ayında Rusiya prezidentinin köməkçisi təyin edilib. Bundan əvvəl o, Tula vilayətinin qubernatoru vəzifəsində çalışıb.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »