İranda kəşfiyyat rəhbəri QƏTLƏ YETİRİLDİ – VİDEO

0

İranın Luristan ostanının kəşfiyyat rəhbəri və Tehranın keçmiş polis rəisi Hüseyn Rəhimi mayın 22-də gecə yarısı sui-qəsd nəticəsində öldürülüb.

Sui-qəsd naməlum şəxslər tərəfindən odlu silahla həyata keçirilib.

İran rəsmi orqanlarından hələlik heç bir açıqlama verilməsə də, təhlükəsizlik qüvvələrinin Rəhiminin qətli ilə bağlı genişmiqyaslı araşdırma apardığı iddia olunur.

Hadisənin İran Prezidenti İbrahim Rəisinin helikopter qəzası nəticəsində dünyasını dəyişməsindən sonra baş verməsi həm İranda, həm də regionda xüsusi maraqla qarşılanıb.//Sfera.az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »