Rusiya Əfqanıstanla bağlı qərar verdi!

0

 

Kremlin sözçüsü Dmitri Peskov Rusiyanın 11 sentyabrda Taliban tərəfindən qurulan “müvəqqəti hökumət” in andiçmə mərasimində iştirak etməyəcəyini açıqlayıb.
Paytaxt Moskvada jurnalistlərə müsahibə verən Peskov Əfqanıstanda baş verən hadisələrlə bağlı açıqlamalar edib.

Əfqanıstanın narkotik ticarəti və terrorizmlə bağlı hansı addımları atacağını, necə olacağını bilmədiklərini ifadə edən Peskov, “Bu səbəbdən yeni rəhbərliyin Əfqanıstanda hansı addımlar atacağını bilmək bizim üçün vacibdir” deyib.

MƏRASİMƏ QATILMAYACAQLAR

Rusiyanın taliblərin sentyabrın 11 -də yeni “müvəqqəti hökumət” in andiçmə mərasimində iştirak edib -etməyəcəyi sualını cavablandıran Peskov, – “Xeyr, Rusiya heç bir şəkildə bu mərasimdə iştirak etməyəcək” – deyə bəyan edib.

Esmira ŞÜKÜROVA İctimairey.az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »