Rusiya 5 ildən sonra da sülhməramlı kontingentini Qarabağdan çıxarmaq niyyətində deyil: Evseev

0

 

Rusiya sülhməramlı qoşunlarını Dağlıq Qarabağdan geri çəkmək niyyətində deyil.

İctimairey.az xəbər verir ki, bu fikri Armenpress-ə müsahibəsində rusiyalı hərbi ekspert Vladimir Yevseev, sülhməramlı kontingentin keçmiş komandanı Rüstəm Muradovun ifadəsinə münasibət bildirərkən söyləyib.

“Düşünürəm ki, Rusiyanın sülhməramlılarını [Dağlıq Qarabağdan] 5 il ərzində geri çəkmək fikri yoxdur. Ancaq təbii ki, hər şey mövcud vəziyyətdən asılı olacaq. Azərbaycan, əlbəttə ki, rus sülhməramlılarını bir şəkildə qovmağa çalışacaq, amma düşünürəm ki, onlar buna nail ola bilməyəcəklər”, – rusiyalı ekspert bildirib.

Bu kontekstdə Yevseev onu da qeyd edib ki, müharibədən təxminən bir il keçsə də, Azərbaycan əslində işğal etdiyi əraziləri mənimsəyə bilməyib.

Esmira ŞÜKÜROVA. İctimairey.az

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »